Xəbər lenti

 

İstanbulun ən çox turistləri qəbul edən səmti Bəyoğluda Azərbaycanın və bütün türk dünyasının qəhrəman övladlarından biri, böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və 2-ci Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşirin xatirə lövhəsinin açılışı olub. 

 

Bizimaz.az: Bu barədə Oxu.Az-a tədqiqatçı-jurnalist Dilgəm Əhməd məlumat verib. 

Onun sözlərinə görə, abidə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən “Pera Palace” hotelinin yanında qoyulub.

Mərasimdə Behbud Xanın qardaşının nəvəsi Mahir bəy Əliyev, konsulluğun nümayəndələri və soydaşlarımız iştirak edib. 

Xatırladaq ki, 1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun “Pera-Palas” hotelinin önündə Daşnaksütun partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud Xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur.

Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov