Xəbər lenti


Bu gün Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru olmuş Şirməmməd Hüseynovun 95 yaşı tamam olur.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU-da namizədlik dissertasiyası müdafiə edib. O, vətənə ilk azərbaycanlı alim-jurnalist kimi dönüb.

1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə isə Jurnalistika fakültəsinin dekanı vəzifəsində işləyib., 1976-1988-ci illərdə Mətbuat tarixi kafedrasının müdiri, 1988-ci ildən isə professoru olub.

Bütün fəaliyyəti BDU ilə bağlı olub.

Ş.Hüseynov Azərbaycan mətbuat tarixinin tədqiatçısı idi. Alim mətbu irsin öyrənilməsi üçün şəxsi təşəbbüsü ilə sifarişsiz kitabları öz pulu ilə dərc etdirib, pulsuz kitabxanalara, qurumlara paylayıb.

Professor fəaliyyətlərindən dolayı “Nizami təqaüdü”nə ,”Qızıl qələm” , Zərdabi adına, Y.Məmmədəliyev adına, M.Ə.Rəsulzadə adına mükafatlara, “Əməkdar jurnalist” fəxri adına və “Şərəf” ordeninə layiq görülüb.

Ş.Hüseynov bu il iyunun 24-də vəfat edib. Mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Parlament Jurnalistləri Birliyi (PJB) professorun ölümündən sonra “Şirməmməd Hüseynov” mükafatı təsis edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov