"Heydər Əliyev idarəetmə məktəbi"nin təsisçisi Mirdamət Sadıqov Ulu Öndərin xilaskarlıq missiyasını dəyərləndirməyə statusu çatan bir alim kimi də əvəzsizdir
Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu,dövlətimizin iqtisadi, sosial, hərbi, ideoloji əsaslarını fədakarlıqla yaradan Heydər Əliyev həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də müstəqillik dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərmişdir.Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə gedən yol da Ulu Öndərin adı ilə bağlıdır. O dahi şəxsiyyət həm də milli xilaskarımızdır. Azərbaycan xalqının taleyi yad əllərə düşəndə, müxtəlif ranqlı rəhbərlər fərarilik edəndə millətə, ölkəyə, yenicə zəif müstəqillik addımlarını atan dövlətimizə ümummilli liderimiz Heydər Əliyev sahib çıxdı. Hakimiyyətə gəlməyin yeganə yolunu seçkilərdə görən Ulu öndərimiz Yeni Azərbaycan partiyasını yaratdı. Ömrünün qalan hissəsini xalqına bəxş edən Heydər Əliyev dünyasını dəyişən ərəfədə də xalqını düşündü, onun tale məsuliyyətini özü qədər inandığı cənab İlham Əliyevə tapşırdı. Artıq 16 ildir ki, ümummilli liderin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası cənab Prezident İlham Əliyevin fəaliyyətində yaradıcılıqla davam etdirilir, Azərbaycanı beynəlxalq miqyasda tanıdır,təsdiq edir.
Bu fikirləri “Heydər Əliyev idarəetmə məktəbi”nin dekabrın 10-da keçirilən "Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin əsasıdır” mövzusuna həsr olunmuş geniş tərkibli məşğələsində İdarəetmə məktəbinin təsisçisi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dinləyicilərin diqqətinə çatdırıb.
Qədirbilən İsmayıllı vətəndaşları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini qəlblərinin ən isti guşəsində yaşadırlar. Ulu Öndərin ən böyük qədirşünasları arasında ilk sırada adı çəkilən şəxslərdən biri də əlbəttə ki, İsmayıllı RİH-nin başçısı cənab Mirdamət Sadıqovdur. Məsələ burasındadır ki, Mirdamət Sadıqov unudulmaz rəhbər Heydər Əliyevin böyüklüyünü, xalqımız qarşısında xidmətlərini təkcə Onun qurub-yaratdığı Müasir Müstəqil Azərbaycan dövlətinin uğurlarından bəhrələnən sıravi Azərbaycan vətəndaşı kimi deyil, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən bir dövlət qulluqçusu kimi deyil, həm də Heydər Əliyevin xilaskarlıq missiyasının cahanşümulluğunu dəyərləndirməyə statusu çatan bir alim kimi dərk edir.
Bu gün Prezident İlham Əliev tərəfindən aparılan kadr islahatları gündəmdə olan aktual mövzulardandır. Çoxlarına elə gəlir ki, bu siyasət hər yerdə rəhbər vəzifəli şəxslərin yaşlısını cavanla əvəz edilməsindən ibarətdir. Ancaq əlbəttə ki, belə düşünənlər yanılırlar. Söz yox, gənc və perspektivli kadrlara meydan vermək lazımdır. Hərçənd, elə müstəvilər vardır ki, orada işləri lazımi səviədə və daha da yaxşı idarə edən ağsaqqal ola-ola, konyuktura eksperimentləri həyata keçirməə ehtiyac yoxdur. Bu məqamda noyabrın 21-də diqqətimizi çəkən bir epizodu xatırlatmaq istərdik. Həmin gün bütün ölkədə olduğu kimi, İsmayıllı rayonunda da Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbacan Partiyasının yaradılmasının 27-ci ildönümü keçirilirdi. İsmayıllıda hava yağışlı idi. Tədbirdə iştirak edən şəxslərin, hətta gənclərin də əllərində çətir olduğu halda, 69 yaşlı rayon rəhbəri Mirdamət Sadıqov özünü islanmaqdan qorumaqla qayğılanmamışdı. Çünki Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti, önünə gül dəstələri qoyulması, xatirəsininehtiramlarla anılması ilə başlayan tədbirdə bütün hərəkətləri diqqət mərkəzində olan bir şəxs çətir altına girə bilməzdi. Tədbirdəki çıxışında Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırmışdı: “Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək.”
Başçısı həm də alim olan İsmayıllıda gənclərin rayonun ictimai-siyasi həyatında rolunun artırılmasına böyük diqqət yetirilir. Buna misal olaraq, 25 noyabr 2019-cu il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin və Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin akt zalında ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşü xatırlamağa dəyər. Həmin tədbirdə ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Bələdiyyə seçkiləri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışılıb,seçki hüququndan bəhs edilib. Gənc seçicilərin sualları cavablandırılıb.
Nəcib təşəbbüslər dəstəklənir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü şairin xatirəsinin əbədiləşdirilməsində və irsinin daha geniş təbliğində mühüm əhəmiyyətə malikdir. Respublikamızın hər yerində aparılacaq yaşıllaşdırma tədbirləri ətraf mühitin qorunmasına, eləcə də ekologiyanın daha da sağlamlaşdırılmasına xidmət edəcəkdir.
“Nəsimi ili” ilə əlaqədar rayon ərazisində ağac əkilməsi üçün ümumilikdə 25 ha torpaq sahəsi ayrılmışdır. Bu əsasən Bələdiyyə əraziləri, avtomobil yollarının ətrafları, yeni yaradılmış sahələr, idarə və təşkilatların həyətləri, parklar və xiyabanlardır. Həmin ərazilərdə 20 min ədəd əsasən ağcaqayın, görüş və qovaq cinslərindən ibarət əkin materiallarının alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sifariş verilmişdir.Ağacların əkiləcəyi ərazilərdə bir ay əvvəldən hazırlıq işləri həyata keçirilib. Belə ki, sahələr daşdan, kol-kostan təmizlənilib, şum çıxarılır və çalaların qazılması işləri aparılıb. Sahələrə münbit torpaq və üzvi gübrələr daşınıb. Bu nəcib təşəbbüsə rayon ictimayəti, həmçinin idarə və müəssisələrin kollektivləri böyük həvəslə qoşulublar.
İsmayıllı qış mövsümünə hazırdır. 2019 - cu ilin payız 2020-ci ilin qış mövsümünə hazırlığın gedişi, idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş məsələ hələ oktyabrın 31-də İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şura iclasında müzakirə edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövsümə hazırlıqla əlaqədar görülməsi vacib işlərdən danışıb. Şura iclasında aidiyyati qurumlarınrəhbərləri çıxışlarında 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər.
İclasda 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların fəaliyyətində olan nöqsanlar qeyd edilmiş, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmiş və qərar qəbul edilmişdir. Sonrakı müşahidələr göstərir ki, hazırlıq işləri qaydasında gedir.
Bütün proqnozlar belə deməə əsas verir ki, el ağsaqqalı, görkəmli alim Mirdamət Sadıqovun rəhbərliyi altında İsmayıllı rayonunun tərəqqipərvər qüvvələri, əmək kollektivləri başa çatmaqda olan 2019-cu ili uğurlu göstəricilərlə yekunlaşdıracaqlar.
Zaur Vəliyev