Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, Komissiyanın həmsədri Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri general-polkovnik Mədət Quliyevdir.