Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon manat ayrılıb.