"Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil".
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bunu "report"a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
"Ona görə də, atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də həyata keçiriləcək", - deyə mərhum deputatın qızı bildirib.
Qeyd edək ki. Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı qəsəbəsində dəfn olunacaq.