Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.
Bizimaz.az APA-ya istinadla xəbər verir ki, bu vəzifəyə Səadət Yusifova təyin edilib.
Qeyd edək ki, son struktur islahatlarına qədər S. Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub.
Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib.
BAKU.WS