Prezident İlham Əliyev Kərəm Əvəz oğlu Həsənovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, Kərəm Həsənov son olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Həmin Komitə 23 oktyabrda ləğv edilib.

Prezidentin digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Bundan başqa, Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi də verilib.

Xatırladaq ki, M.Əliyev buna qədər Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini vəzifəsində çalışırdı.