“Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə mindikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur”.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, hazırki parlament fəaliyyətini davam etdirəcək.

S.Novruzov növbəti parlament seçkisinin vaxtı ilə bağlı Azərbaycan Konstitusiyasındakı maddəni xatırladıb və qeyd edib ki, növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir.