Azərbaycanda parlamentin buraxılması ilk dəfədir ki, baş verəcək. Lakin burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur.
Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov YAP-ın deputatlığa namizədlərinin daha çox gənclər olacağını da anons edib. O bildirib ki, Azərbaycanda vətənpərvər, ağıllı və savadlı gənclər yetişir.
Onun sözlərinə görə, gələcəkdə YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək.
Xatırladaq ki, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət edib.