Xəbər lenti

Bu, Mehriban Əliyevanın Rusiya paytaxtına ilk səfəri olmasa da, xüsusi əlamətdarlığı ilə seçilirdi. İrəvanda çətin münasibətlər fonunda Bakı Moskvaya daha etibarlı və ən əsası daha sərfəli müttəfiq kimi görünür.

 

Bizimaz.az: Bu sözləri Axar.az-a rusiyalı politoloq Nikita Qolobokov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya səfərini şərh edərkən deyib. O, bu səfərin çox detallarının işıqlandırıldığını və analiz edildiyini, amma səfərin bir məqamına - Qızıl Meydanda Naməlum Əsgərin qəbrinə çələng qoyulmasına lazımi diqqətin verilmədiyini bildirib:

“Ermənistanın nasist cani Njdeni “bərpa etmək” cəhdləri fonunda Azərbaycan tərəfindən edilən belə jest Bakının Moskva ilə təkcə konstruktiv münasibətlərə yox, daha geniş əlaqələrə istiqamətləndiyini nümayiş etdirir. Azərbaycan ədalətli olaraq hesab edir ki, nasizm mütləq pislikdir. Nasizmlə əməkdaşlığa İrəvanın Njdeyə yazmağa çalışdığı erməniləri "soyqırım"dan xilas etmək arzusu belə haqq qazandırmır”.

Politoloq bildirib ki, Mehriban xanım Əliyevanın bu addımı Rusiya və Azərbaycan xalqlarının Böyük Vətən müharibəsində iştirakı məsələsində ortaq yaddaşa ehtiramdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov