
Roma Papası Fransisk Milad bayramı münasibətilə inanclı insanları təbrik edib.
Bizimaz.az xəbər verir ki, Papa Ukrayna, Suriya, müqəddəs torpaqlar və digər münaqişə regionlarında sülh çağırışı edib.
“Mən yeni ildə hər bir millət və mədəniyyət arasında, müxtəlif ideyalara inanan, ancaq hörmət etməyi bacaran, bir-birini dinləyən, müxtəlif dinlərə mənsub inanclı hər kəsə qardaşlıq arzu edirəm”, - Papa bildirib.