İraq İsa Məsihin doğum gününü (Kristmas) dövlət bayramı elan edib.
Bizimaz.az xəbər verir ki, bu barədə qərarı İraq Nazirlər Kabineti qəbul edib. Qərara əsasən, bayram bütün İraq ərazisində keçiriləcək.
Qeyd edək ki, İraq ərazisində 2003-cü ilə qədər 1,4 milyon xristian yaşayıb. Hazırda onların sayı cəmi 300 min nəfər təşkil edir.