Liviya Xarici İşlər Nazirliyinin Tripolidə yerləşən binasında güclü partlayış baş verib.
Bizimaz.az xəbər verir ki, bu məlumatı “əş-Şark əl Avsat” qəzeti yayıb. Məlumata görə, partlayışın baş verdiyi binadan qatı duman qalxıb. Partlayışdan sonra ərazidə atışma başlayıb.
XİN personalını insidentin baş verdiyi ərazidən evakuasiya etmək mümkün olub.