ABŞ Dövlət Departamenti İran həbsxanasında ölən aktivist Vahid Səyyadi Nəsiriyə görə Tehranı qınayıb.
Bizimaz.az xəbər verir ki, Vaşinqtonun adından bəyanatı Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino yayıb. Onun sözlərinə görə, Səyyad Nəsiri İran hökuməti tərəfindən qeyri-insanı şəraitdə saxlanılıb və ona qarşı ali dini liderin təhqiri ilə milli təhlükəsizliyə qarşı cinayət işləmək kimi saxtalaşdırılmış ittihamlar irəli sürülüb.
O, ABŞ-ın İrandan həbsdə saxladığı bütün aktivistləri dərhal azadlığa buraxmağı tələb etdiyini bildirib.
Qeyd edək ki, Səyyad Nəsiri 2015-ci ildə Xameneini Feysbukda təhqir etməsi və antidövlət təbliğat aparması ittihamıyla həbs edilmişdi. O, 2018-ci ildə azad edilmiş, amma bir neçə ay sonra yenidən saxlanılmışdı. Ölümündən öncə o, aclıq aksiyası başlatmışdı. İndiyə qədər onun ölümüylə bağlı heç bir informasiya verilmir.
Səyyad Nəsiri İranda “şahçılığın” tərəfdarı kimi tanınıb.