Xəbər lenti

Ankara-Konya sürət qatarı qəzaya uğrayıb.

 

Bizimaz.az “Hürriyyət”ə istinadla xəbər verir ki, qatar Yeniməhəllə ilçəsinə bağlı Marşandiz stansiyasında relsdən çıxıb və yerüstü keçidə çırpılıb. Dağılan keçid vaqonların üstünə tökülüb. İki vaqonun aşdığı qəzada çoxsaylı insan yaralanıb. Dağıntılar altında da yaralılar var.

Hadisə yerli vaxtla 6:40-da (Bakı vaxtı ilə 7:40-da) baş verib.

***

Ankara valisi Vasif Şahin qəza nəticəsində 4 nəfərin öldüyünü, 43 nəfərin isə yaralandığını bildirib.

Vali qatarın şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu deyib.

***

Ankara Valiliyi qəzada 7 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 46 nəfərin yaralandığını açıqlayıb.

Qəza ilə bağlı istintaq başlayıb.

***

Türkiyə Nəqliyyat naziri Məhməd Cahid Turxan ölənlərin sayının artığını bildirib:

“Son nəticələrə əsasən, qəza nəticəsində 3 maşinist, 6 sərnişin həlak olub”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov