Türkiyənin Daxili İşlər Nazirliyi 32 əyalətdə, 54 min 53 nəfərin yaşadığı 83 yaşayış məntəqəsində karantin tədbirlərinin həyata keçirildiyini açıqlayıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Karantin rejiminin tətbiq olunmasına səbəb koronavirusun yeni növü (Covid-19) ilə mübarizə tədbirlərinin görülməsidir.
"Cümə günü saat 09.30-dan etibarən, 32 rayondakı 83 yaşayış məntəqəsində, 4 qəsəbədə, 37 kənddə, 39 məhəllədə və 3 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir.
Karantin tədbirinin tətbiq olunduğu ərazilərdəki əhalinin ümumi sayı 54 min 53 nəfərdir", - deyə nazirliyin məlumatında qeyd olunub.