Xəbər lenti

 

Gələcəkdəki hadisələri “təxmin etməsi” ilə məşhur olan “Simpsonlar” cizgi filmində indi də Beyrutdakı partlayışı xatırladan səhnələrin olduğu iddia edilib.

 

Bu barədə “Milliyet” məlumat yayıb.

Cizgi filminin bölümlərindən birində Homer Simpson anbardan partlayıcı satın alır və evə apardığı partlayıcını səhvən alışdırır. Bundan sonra partlayış baş verir və bütün şəhər alovlara bürünür.

Sosial şəbəkə istifadəçiləri də məhz bu məqama diqqət çəkib və Beyrutdakı partlayışdan sonra həmin kadrlar minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Xatırladaq ki, “Simpsonlar” buna qədər sunami, Donald Trampın seçilməsi, 11 sentyabrda “Əkiz qüllələr”ə hücum, koronavirus kimi hadisələri “təxmin etmişdi”.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov