Livanın paytaxtı Beyrutda partlayışdan sonra təxminən 300 min insan evsiz qalıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu Livan paytaxtının qubernatoru Mərvan Abbuud deyib.

Qubernatorun sözləri "Əl-Ərəbiyyə" telekanalı tərəfindən "Twitter"də yer alıb.

Şəhərin qubernatorunun sözlərinə görə, Beyruta partlayışdan sonra dəyən ziyanın miqdarı 3-5 milyard dollar qiymətləndirilir.

Bu dəqiqəyə olan məlumata görə, partlayış 100-dən çox insanın həyatına son qoyub, 4 min insan yaralanıb.

 
BAKU.WS
QALEREYA