ABŞ-da ötən gün başlayan “İsayas” qasırğası ən azı dörd nəfərin ölümünə, 20-dən çox insanın itkin düşməsinə, doqquz əyalətdə üç milyon amerikalının işıqsız qalmasına səbəb olub.
Bir neçə metro stansiyası su altında qalıb və bağlanıb.
Vesti.ru xəbər verir ki, yüzlərlə ailəni evsiz qoyan qasırğa bu gün ABŞ-dan Kanadaya keçib.
Donald Tramp “Qasırğa keçməyincə hər kəs ayıq olmalıdır. Hər kəsi hökumətin göstərişlərinə əməl etməyə çağırıram. Ehtiyatlı olun”, - deyə xalqa müraciət edib.
Bizimlə əlaqə saxlayın