Xəbər lenti

 

İlon Mask qədim misirlilərin qabiliyyətlərini şübhə altına alıb. “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Böyük piramidaların yadplanetlilər tərəfindən yaradıldığı fikrini irəli sürüb.

 

O, bu barədə “Twitter” hesabında yazıb.

TASS xəbər verir ki, fironların vətənində dərhal məsələyə reaksiya verilib.

“Sizi və “SpaceX”i piramidaların necə qurulduğunu araşdırmağa, eləcə də, piramida qurucularının məzarlarını görməyə dəvət edirəm. Cənab Mask, sizi gözləyirik!”, - deyə Misirin Beynəlxalq Əməkdaşlıq naziri Rania əl-Məşat amerikalı iş adamına müraciət edib.

Qədim Misir arxeoloqu və tarixçisi Zahi Havas İ.Maskın açıqlamasını “hallüsinasiya” adlandırıb.

O qeyd edib ki, Böyük piramidanın daxilində piramida qurucuları haqqında yazılar var:

“Mən onları inşa edənlərin məzarlarını tapdım. Orada deyilir ki, bu insanlar misirlilər olub, qul olmayıblar. Böyük piramidaların ətrafındakı bütün qəbirlərdə Xeops ehramı və fironun özü xatırlanır”.

oxu.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov