Rusiya Prezident Administrasiyasının bir əməkdaşında koronavirus aşkarlanıb.
Bizimaz.az Bakipost.az-a istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov faktı təsdiq edib.
O bildirib ki, yoluxmuş şəxs Putinlə kontaktda olmayıb.
D.Peskov Prezident Administrasiyasında zəruri sanitar-epidemioloji tədbirlərin görüldüyünü vurğulayıb.