Belçika və Danimarkada da bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Türkiyə və Fransada isə 16 martdan etibarən təhsil müəssisələri tətilə çıxacaq.
Bizimaz.az haberler.com-a istinadən xəbər verir ki, Danimarkada dərslərin nə vaxt başlayacağı hələlik məlum deyil.
Özəl və ictimai sektorda çalışan işçilər isə işə getməyəcəkləri təqdirdə icazəli hesab ediləcəklər.
Belçikada isə dərslər 3 aprelə qədər dayandırılıb. Bundan başqa, ölkədə bütün mədəni və idman tədbirləri təxirə salınıb. Kafe və restoranlar bağlanılacaq, market və apteklər isə açıq qalacaq.
istinad