İranda yeni koronavirusdan (COVİD-19) ölənlərin sayı artıb.

 

Bizimaz.az  xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Bu günə olan məlumata görə, koronavirusdan ölənlərin sayı 22 nəfərə çatıb.

Bundan əlavə virusa yoluxanların sayı 141 nəfərə çatıb.

Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.
Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Elm adamları bildirirlər ki, bu viruslara yoluxma insanlarda 90 faiz ehtimalla ölümlə nəticələnə bilər.

BAKU.WS