Aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub.
"Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi, təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər".