Xəbər lenti



İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın başladığı bir vaxtda, Azərbaycan hökuməti rəsmi və qeyri-rəsmi kanallarla İsrailə mühüm xəbərdarlıq ünvanlayıb.

Məlumata görə, Bakı tərəfi İranın azərbaycanlı əhalisinin yaşadığı bölgələrin (xüsusilə Təbriz, Ərdəbil, Zəncan və Urmiyə kimi şəhərlərin) hədəfə çevrilməməsi və mülki infrastrukturun qorunması ilə bağlı konkret mesajlar ötürüb.

Bu addım Azərbaycan diplomatiyasının həm regional sabitlik, həm də etnik və tarixi məsuliyyət prinsipinə əsaslanan balanslı yanaşmasının göstəricisidir.

İyunun 13-dən etibarən İsrailin İranın bir neçə hərbi və strateji obyektinə raket zərbələri endirməsi, qarşı tərəfin də cavab atəşi ilə reaksiya verməsi regionu açıq müharibə vəziyyətinə gətirib. Ölən və yaralananlar arasında mülki şəxslərin olması bu savaşın təkcə hərbi strukturlarla məhdudlaşmadığını, əhalinin də birbaşa hədəf halına gəldiyini göstərir.

Güney Azərbaycanın sıx məskunlaşmış şəhərlərində yaşayış binaları, məktəblər, xəstəxanalar və tarixi abidələr çoxdur. Hərbi əməliyyatların bu ərazilərə yayılması humanitar fəlakət və siyasi nəticələr doğura bilər.

Azərbaycan hökumətinin İsrailə göndərdiyi mesaj, Təl-Əvivə qarşı yönəlmiş deyil, əksinə, önləyici və diplomatik xəbərdarlıq xarakteri daşıyır. Burada üç əsas məqsəd var:

1 Etnik soydaşların təhlükəsizliyini təmin etmək;

2. Azərbaycanın regionda neytral və sabitlik yönümlü aktor olduğunu göstərmək;

3. Güney Azərbaycan məsələsinin beynəlxalq kontekstdə diqqətə gətirilməsi.

Bu addım göstərir ki, Azərbaycan nə İran rejimini dəstəkləyir, nə də İsrailin regionda sonsuz hərbi üstünlüyünü. Bakı üçün əsas məsələ azərbaycanlıların zərər görməməsi və Cənubi Azərbaycan məsələsinin hüquqi-siyasi çərçivədə həll olunmasıdır.

İsrail beynəlxalq hüquqa görə, yalnız hərbi obyektlərə qarşı “dəqiq zərbələr” endirməklə mülki əhalini qorumaq öhdəliyinə malikdir. Əgər Güney Azərbaycan ərazilərində mülki itkilər baş verərsə, bu, yalnız humanitar böhran deyil, həm də beynəlxalq qanunların pozulması kimi qiymətləndirilə bilər.

Azərbaycanın bu məsələdə öncədən xəbərdarlıq etməsi, həm də gələcəkdə baş verə biləcək mülki itkilərdən sonra haqq səslə beynəlxalq tribunalara müraciət etməsinə zəmin yaradır.

İsrail-İran qarşıdurması zamanı Azərbaycan hökumətinin səssiz qalmaması, bölgədəki strateji maraqlarına nəzarət etməsinin, Güney Azərbaycan xalqının təhlükəsizliyini dövlət siyasəti səviyyəsində gündəmdə saxlamasının sübutudur.

Bu mesaj həm də gələcək regional geosiyasi yenidənqurma prosesində Azərbaycanın söz sahibinə çevrilməsi üçün mühüm siyasi baza yaradır.

Züriyə Qarayeva

18 İyun 2025 Böyük Qayıdış: Daha 40 ailə Kəngərliyə döndü
18 İyun 2025 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
18 İyun 2025 DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər
18 İyun 2025 Ölkəmizdə bu şərtlər altında kazinolara icazə veriləcək
18 İyun 2025 Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
17 İyun 2025 Bu şənbə rəsmi iş günüdür
17 İyun 2025 Kreml rəsmi Bakıya təşəkkür etdi
17 İyun 2025 İran “Mossad”ın binasını raketlə vurub
17 İyun 2025 140-dan çox PUA buraxıldı
17 İyun 2025 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini ELAN ETDİ
17 İyun 2025 İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
17 İyun 2025 Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
17 İyun 2025 “Hər kəs dərhal Tehranı tərk etməlidir”
17 İyun 2025 Bakının bu ərazilərində su yoxdur - Ünvanlar
13 İyun 2025 “Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ
13 İyun 2025 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 İran BMT TŞ-nin fövqəladə iclasının çağırılmasını tələb etdi
13 İyun 2025 Trampdan gözlənilən açıqlama gəldi
13 İyun 2025 İrana hücumda 6 nüvə alimi ölüb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov