Xəbər lenti



İran İsrailin endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İranın beynəlxalq təşkilatdakı daimi nümayəndəliyinin məktubunda bildirilib: “Bu, bütün İran xalqının və dövlətinin səsidir. Biz müharibəyə başlamamışıq, amma bu hekayənin sonu İranın əli ilə yazılacaq”.

İran tərəfi onu da bəyan edib ki, bütün ümidlərini beynəlxalq təşkilatlara bağlamaq niyyətində deyil.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi məmurları həlak olub. Eyni zamanda, “Tasnim” hücum zamanı 6 nüvə aliminin öldüyünü açıqlayıb.

 

 

 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov