İsrailin İrana zərbələr endirməsi nəticəsində 6 iranlı nüvə alimi həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, həmin şəxslər Abdulrəhim Minuçöhr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fagihi, Mətləbi-Zadeh, Mehdi Tehrancı və Firudun Abbasidir.
“NourNews” isə hücumda 20 nəfərin xəsarət aldığını yazıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İran ərazisində yerləşən bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi şəxsləri həlak olub.