ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbilə Los-Ancelesə Dəniz Piyadaları Korpusunun 700-ə yaxın hərbçisinin göndəriləcəyini təsdiqləyib.
Oxu.Az "Agence France-Presse"ə istinadən xəbər verir ki, Ağ Evin yüksəkrütbəli rəsmisi qərarın hökumət binalarını və onların əməkdaşlarını qorumaq məqsədi ilə atıldığını bildirib.
Onun sözlərinə görə, hərbçilər şəhərə dəniz piyadaları korpusunun Kamp Pendleton bazasından göndərilib.
Eyni zamanda ABŞ Prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə daha 2 000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.
Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra şəhərdə iğtişaşlar baş verib.