Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 14,3 faizi bu rayonda yaşayır.
Növbəti sıralarda yoluxma sayına görə, Yasamal (11,8%), Xətai (12,2%) və Sabunçu (11,8%) rayonları yer alır.
Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 9,1 faizi Nəsimi rayonunda, 8,5%-i Nərimanov rayonunda, 8%-i Suraxanı rayonunda, 7,4%-i Qaradağ rayonunda, 7,1%-i Nizami rayonunda, 5%-i Xəzər rayonunda, 4,6%-i Səbail rayonunda yaşayanlardır.
Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.