Metronun fəaliyyətinin bərpası hələ müzakirə edilir.
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verilir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu istiqamətdə müzakirələr davam etdirilir:
“Təhsil sisteminin açılması ilə əlaqədar bu istiqamətdə suallar artır. Lakin yoluxma riski nəzərə alınaraq, bu məsələnin müzakirəsi davam etdirilir.
Metronun açılması ilə bağlı qərar qəbul olunarsa, ictimaiyyətə məlumat veriləcək”.
istinad