Bir çox təhsil müəssisəsində ödənişlər olduğu kimi qalır, artım baş verməyib.
Bizimaz.az bildirir ki, bunu Axar.az-a Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bir neçə kollec üzrə illik ödənişlərin artımı barədə yayılan məlumatlarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, təhsil haqqının artması doqquzillikdən kolleclərə bu il qəbul olunan tələbələrə şamil olunub:
“Təhsil Nazirliyinə tabe olan bir neçə kollecdə təhsil haqlarında çox cüzi miqdarda artım olub, təhsil müəssisələrinin böyük əksəriyyətində ödəniş məbləğlərində heç bir artım yoxdur. Təhsil haqlarının artımı bu il yeni və ödənişli əsaslarla qəbul olmuş tələbələrə şamil olunur. Bu proses ümumilikdə təhsil müəssisəsinin öz səlahiyyətlərinə aiddir və artımla bağlı elanı daha ətraflı abituriyent jurnalından əldə etmək olar”.
Qeyd edək ki, bir qədər əvvəl təhsil eksperti Elçin Əfəndi doqquzillikdən kolleclərə qəbulda illik təhsil haqlarının artırılması haqda məlumat yayıb.