İyulun 25-i və 26-da koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən səhv SMS-lərin gündəlik statistikaya heç bir təsiri yoxdur.
Bizimaz.az bildirir ki, bunu Axar.az-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib. O bildirib ki, gündəlik yoluxma statistikası Operativ Qərargah tərəfindən açıqlanır:
“Vətəndaşlara SMS-i İcbari Tibbi Sığorta Agentliyi göndərir. Burada yanlışlıq sadəcə SMS-də olub. Gündəlik yoluxma statistikasını isə NK yanında Operativ Qərargah açıqlayır”.
Qeyd edək ki, ötən gün agentlik iyulun 25-i və 26-da koronavirus testlərinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən SMS-lərin səhv olduğunu açıqlayıb.