Ukraynada açılmış atəş nəticəsində yaralanan azərbaycanlı tələbələrin vəziyyəti yaxşıdır.
Bizimaz.az Trend.az-a istinadən məlumat verir ki, bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin müavini Elşad İbrahimov bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır:
"Bildiyimiz kimi bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbələrə atəş açılıb. Hadisə yerində 4 nəfər olub, onlardan ikisi ayağından yaralanıb. Hazırda vəziyyətləri yaxşıdır".
E.İbrahimov əlavə edib ki, diaspor Ukrayna hüquq mühafizə orqanlarından tələb edib ki, tezliklə istintaq yekunlaşdırılsın və hadisəni törədən şəxslər cəzalandırılsınlar.