“Covid-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır: "Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir.

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Xüsusilə qeyd edək ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib".