Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı 2340-a çatıb.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb.

Bundan başqa, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.