May ayının 28-i Respublika günündə ilk efirimiz başlayacaq. İlk efir mövzumuz aydındır, Məhəmməd Əmin Rəsulzadədən, müasir dövlətçiliyimizdən danışacağıq. Reportaj verəcəyik, qonaq dəvət edəcəyik, müzakirələr aparacğıq, fərqli baxışımızı ortaya qoyacağıq.
Bizimaz.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar jurnalist Ləman Əliəşrəfqızı deyib.
Yeni internet televizya layihəsinə start verən Ləman Əliəşrəfqızı bu yolda Afət Telmanqızı ilə birlikdə olduğunu bildirib: "Kanalımız "LAF TV" adlanır. Layihəyə hələlik gündəlik xəbərlə başlamaq istəyirik. "Ülgüc xəbər"imiz hər gün olacaq. Bu, kəsərli xəbərdir, orada xəbərin gücünü göstərən bir "güc" sözü var, həm də ülgüc kəsərlilik mənasınız verir.
Devizimiz qüvvədədir, qərəzsiz xəbərlərlə gündəmdə olacağıq. Biz tutarlı, dişli reрortajlar hazırlayacağıq. Ola bilər ki, reрortajın hansısa təhlilini də aparaq. Ya Afət Telmanqızı ilə mən, ya da qonaqlarımızla müzakirə edəcəyik".
Yeni açılacaq internet televiziyasında günün mövzusuna diqqət ayıracaqlarını bildirən Ləman Ələşrəfqızı missiyalarının dəyişmədiyini qeyd edib: "Bu gün internet televiziyaları hansı missiyanı həyata keçirirlərsə, çalışacağıq daha üstün və keyfiyyətli yayımla biz də bu işi davam etdirək. İmkanımız çatdığı qədər tamaşaçının diqqətini cəlb edək, onun maraqlarına hesablanmış xəbər buraxılışlarımız olsun.
Efir saatlarını hələ müəyyənləşdirməmişik. May ayının 28-də yayıma çıxdıqdan sonra ilkin nəticələrimizə baxacağıq. Uğurlu alınarsa, yolumuzla gedəcəyik".
Ləman Əliəşrəfqızı LAF TV-yə hələlik əlavə işçi qüvvəsi götürməyəcəklərini qeyd edib: "Afət Telmanqızı ilə ikilikdə başlayırıq. Təcrübəli jurnalistlərik, lazım gələndə analitik də olarıq, müdir də, fəhlə də... Biz hər işi çiyninə götürən, reportyor olmaqdan utanmayan, əlində mikrofon küçədə xəbər hazırlayan, həm reportyor, həm də rəhbər olmağı bacaran insanlarıq. Kiçik imkanlarla özümüzə studiya yaratmışıq. Allahın köməyi ilə böyüyəcəyik. Deməli, işçilərimiz də olacaq..."