“Mayın 31-dən sonra karantin rejiminin uzadılması barədə fikir söyləmək tezdir”.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, ölkəmizdə və dünyada olan vəziyyətin qiymətləndirilməsi və qərarın verilməsi vacibdir:
“Vəziyyətdən asılı olaraq, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi mümkündür”.