ABŞ-da aparılan bir araşdırma D vitamini əskikliyi ilə koronavirusdan ölüm halları arasında əlaqə ortaya çıxarılıb.
Bizimaz.az “Haber Global”a istinadən xəbər verir ki, Norsvestern Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmada D vitamini normal səviyyədə olan xəstələrdə digərlərinə nisbətən ölüm faizlərinin az olduğu müəyyənləşdirilib.
Arşadırma qrupunun rəhbəri Vadim Bekman xəstələrə D vitamini müalicəsinin də tətbiq edilməli olduğunu bildirib. O, dozanın düzgün seçilməsi üçün araşdırmaların dərinləşdirilməsinin zəruri olduğunu da söyləyib.