Xəbər lenti



"Ermənistanda vətəndaş müharibəsi başlana bilər".

 

“Report” xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Vigen Xaçatryan bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə vətəndaş müharibəsinin başladılması ilə bağlı əmr alan konkret qüvvələr var: “Mən bunu görürəm və həmin insanları yaxşı tanıyıram. Onları çoxdan tanıyıram. Bu adamlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə hazırdırlar. Onlar qan tökməyə, çevriliş cəhdlərinə də hazırdırlar”.

Deputat qeyd edib ki, həlak olan hərbçilərin valideynlərinə diqqətli yanaşmaq lazımdır. V.Xaçatryan bu valideynlərin hisslərindən siyasi məqsədlər üçün istifadə edilməsini yolverilməz adlandırıb: “İstənilən vətəndaşın hakimiyyətin hərəkətindən narazılığını bildirmək hüququ var, lakin qisas çağırışları yaxşı nəticəyə aparmayacaq. Belə məqamlarda hər zaman vəziyyəti gərginləşdirməyə çalışan qrup olur”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov