“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq”.
Bizimaz.az bildirir ki, BAKU.WS sputnik armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Sankt-Peterburqda bu gün baş tutan görüşdə deyib.
O bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir:
“Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”