Xəbər lenti

 

Nəsimi Rayon Məhkəməsində işçi ilə sığorta müqaviləsinin bağlanmamasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı inzibati qaydada verilən şikayətə baxılıb. 

 

Bizimaz.az : Oxu.Az xəbər verir ki, məhkəmə tərtib olunan protokola əsasən, “Azərişıq” ASC-nin 5 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.

“Azərişıq” ASC həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, “Azərişıq” ASC İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə təqsirli bilinib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov