Xəbər lenti



20 yanvar- Xalqımızın qəhrəmanlıq salnaməsidir

 

Düz 30 il öncə, 1990- cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə xalqımıza qarşı qətliam törədilmişdir.
Sovet ordusu ölkəmizdə baş verən milli-azadlıq hərəkatını boğmaq ücün146 nəfər həmyerlimizi öldürmüş,744 nəfəri yaralamış, bir çox insan isə itkin düşmüşdür.
Təqvimin bu günü hər il ölkəmizdə və dünyanın bir çox yerində böyük hüznlə qeyd olunur. Hər il yanvar ayının 20-si azadlıq, müstəqillik, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz yad olunur, onlara rəhmət oxunur. Bununla da xalqımız öz qəhrəmanlarına vəfa borcunu bax beləcə yerinə yetirir, bir daha belə faciələrin baş verməməsi üçün həmrəylik nümayiş etdirir.
Bu 30 ildə xalqımızın başı çox müsibətlər cəkdi. Məkirli qonşularımız havadarlarının köməyi ilə 20 faiz torpaqlarımızı işğal etdi.Minlərlə ərənimiz şəhid oldu,yaralandı.Cənnət bölgələrimiz yağıların tapdağına cevrildi. Faciələrimiz bir birini təkrarladı...
Amma xalqımız bu mücadilədə sınmadı,əyilmədi.Başının üzərində dalğalanan o üc rəngli bayrağa baxıb sabaha inamla yaşadı.
İndi millətimiz zəfər günün qeyd etmək ücün məqam gözləyir. İnşallah o gün gələcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Amin.

Zaur Vəliyev
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov